”Sərhədsiz reportyorlar” Elçin Həsənova olan təzyiqləri pisləyir

”Məhkəmə zamanı E.Həsənovun günahı və xuliqanlıq faktı sübuta yetirilməyib”

Source:


”Məhkəmə zamanı Elçin Həsənovun günahı və xuliqanlıq faktı sübuta yetirilməyib”

“Sərhədsiz reportyorlar” təşkilatı jurnalist Elçin Həsənovun barəsində hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarını pisləyib.

“Məhkəmə qərarında deyilir ki, o, xuliqanlıq törədib və il ərzində öz əməkhaqqının 20 faizini cəza kimi ödəməlidir. Lakin məhkəmə zamanı Elçin Həsənovun günahı və xuliqanlıq faktı sübuta yetirilməyib. Elçin Həsənova qarşı cinayət işi qaldırıldıqdan sonra onun ölkədən çıxışına qadağa qoyulub. Lakin ona qarşı ittiham daha ağır maddəyə (silah tətbiq etməklə xuliqanlıq) dəyişdirilib” – təşkilat vurğulayır.

“Turan”ın məlumatına görə, təşkilatın bəyanatında qeyd olunur ki, Azərbaycanda jurnalistlərə qarşı ittihamlar əsasən xuliqanlıq və ya narkotik maddəyə görə irəli sürülür: “Bu, ölkə hakimiyyətinin tənqidi səslərə qarşı ən çox işlətdiyi metodikadır”.

E.Həsənov Sumqayıtda nəşr olunan “Yüksəliş naminə” qəzetinin redaktor müavinidir. Hakimiyyətin ünvanına tənqidi materiallara görə dəfələrlə təqiblərə və polisin təzyiqlərinə məruz qalıb.

Ana səhifəXəbərlər”Sərhədsiz reportyorlar” Elçin Həsənova olan təzyiqləri pisləyir