“Sərhədsiz reportyorlar” Azərbaycan hakimiyyətinə çağırış etdi

Foto: “Sərhədsiz Reportyorlar”

“Jurnalistlərə qarşı zorakılıq şəffaf araşdırılmalıdır”

“Sərhədsiz reportyorlar” Azərbaycan hakimiyyətinə fevralın 15-da polis təzyiqinə məruz qalan jurnalistlərlə bağlı çağırış edib.

Təşkilat bildirib ki, polisin reportyor Fatimə Mövlamlı və Sevinc Sadıqovaya qarşı zorakı hərəkəti operativ və şəffaf araşdırılmalıdır.

Fevralın 15-də reportyor Fatimə Mövlamlı və Sevinc Sadıqova Prezident Administrasiyası qarşısında etiraz aksiyasını çəkərkən saxlanılıblar.

Fevralın 16-da Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətinə jurnalistlərin təzyiqə məruz qalmasıyla bağlı müraciət etmişdi.

Nazirlik jurnalistlərin işinin nəzarətə götürüldüyünü açıqlamışdı.

Ana səhifəSiyasət“Sərhədsiz reportyorlar” Azərbaycan hakimiyyətinə çağırış etdi