Sərhəd xidmətinin polkovniki avtomobil qəzasında həlak olub

Xəbərə əsasən, hadisə səhər 08:00 radələrinə baş verib.

Foto: DSX


Bir neçə hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar

Dövlət Sərhəd Xidməti iyulun 20-də Xınalıq kəndi yaxınlığında polkovnik Şahin Mirzəyevin avtomobil qəzası nəticəsində həlak olması barədə

məlumat

yayıb.

Xəbərə əsasən, hadisə səhər 08:00 radələrinə baş verib.

Polkovnik DSX-nin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobildə olub.

Bir neçə hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Ana səhifəSosialSərhəd xidmətinin polkovniki avtomobil qəzasında həlak olub