Sərhəd-keçid məntəqəsində vətəndaşları döydülər (VİDEO)


Dörd nəfər Qazax sakini “Sınıq Körpü”  Sərhəd Keçid Məntəqəsində döyülüb. Vətəndaşların döyülməsinə buraxılış məntəqəsinin yeni rəisi Kənan Məmmədovun göstəriş verdiyi bildirilir.

İyunun 5-də, axşam saat 19:30 radələrində Qazax Sınıq Körpü buraxlış məntəqəsində 4 nəfər Qazax rayon 2-ci Şıxlı kənd sakini sərhəddən Gürcüstan tərəfə keçərkən Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Aralarında olan mübahisə daha sonra davaya çevrilib. Məntəqənin əməkdaşları tərəfindən döyüldüklərini deyən Şıxlı kənd sakinləri  Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriblər.

Zərəçəkən Səməd Şəmmədov deyir ki, buraxılış məntəqəsinin yeni rəisi Kənan Məmmədovun göstərişi ilə döyülüblər: “Kənan müəllim oranın işçilərini tökdülər üstümə. Adı paltarda, hərbi formada olan xeyli adam vardı. Hərəsi bir təpik vurdu”.

Elmar Süleymanov da rəisin göstərişi ilə döyüldüyünü dedi: “Kənan Məmmədov mülki geyimdə gəldi, dedi ki, buranın “xozeyni” mənəm, ürəyim istəyir buraxmıram sizi. Bu vaxt mübahisə düşdü, xeyli adam gəldi. Hərbi, mülki geyimdə 30-dək adam idi. Polislər olmasaydı bəlkə də öldürərdilər bizi”.

Zərərçəkənlərin sözlərinə görə, Kənan Məmmədov məntəqəyə rəis təyin olunduğu gündən bəri günləri qara olub: “Evimizə bazarlıq etməyə də imkan vermirlər. Nə alsaq sərhəddə əlimizdən alıb müsadirə edirlər”.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində cinayət işi başlayıb, fakt araşdırılır

Ana səhifəVideoSərhəd-keçid məntəqəsində vətəndaşları döydülər (VİDEO)