Sərhəd-buraxılış məntəqəsində nəzarət gücləndirilib

Ebola virusunun qarşısını almaq üçün tədbirlər görülür

Source:


Ebola virusunun qarşısını almaq üçün tədbirlər görülür

Ebola virusuna qarşı tədbirlərin gücləndirilməsi məqsədilə Azərbaycanın sərhəd-buraxılış məntəqələrində sanitariya-karantin nəzarəti gücləndirilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, son zamanlar bəzi ölkələrdə ebola virusunun yayılması ilə əlaqədar dövlət sərhədinin buraxılış məntəqələrində çalışan əməkdaşlar üçün aidiyyati dövlət orqanları ilə birgə xüsusi seminarlar keçirilib.

Sərhəd-buraxılış məntəqələrində əks-epidemik və profilaktik, ərazilərin dezinfeksiya tədbirlərinin, o cümlədən sərhəddən keçən şəxslər üzərində tibbi müşahidənin və sorğu-sualın aparılması haqqında müvafiq işlər həyata keçirilib.

Görülən tədbirlər çərçivəsində insan bədəninin hərarətinin məsafədən ölçülməsinə imkan verən texniki vasitələrdən-termovizor kameralardan geniş istifadə olunur.

Bununla yanaşı sərhəddən keçən şəxslərin ebola virusu haqqında məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Azərbaycan  Səhiyyə Nazirliyinin Sanitariya-karantin müfəttişliyi tərəfindən hazırlanmış “Diqqət! Ebola qızdırması” adlı yaddaş bukletlərinin də dövlət sərhədinin buraxılış məntəqələrində yerləşdirilməsi təmin edilib.

Ana səhifəXəbərlərSərhəd-buraxılış məntəqəsində nəzarət gücləndirilib