İlham Əliyev prosesin mərhələli şəkildə həyata keçirilməsi ilə bağlı sərəncam imzalayıb
“Qarabağ müharibəsi əlilləri və şəhid ailələri 5 il ərzində mərhələlərlə mənzillə təmin olunacaqlar”.
Prezident İlham Əliyevin yanvarın 25-də imzaladığı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında
sərəncam
ında belə deyilir.
Sənəddə yerli icra hakimiyyətlərinə tapşırılıb ki, 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi olan şəxsləri müəyyən etsinlər:
“Yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər”.