Nizami rayonunda yerləşən 3 saylı xüsusi respublika internat məktəbinin binasının bir tərəfində yaşayan məcburi köçkünlər şəraitsizlikdən şikayətçidir. Bina təmirsizdir və hər mərtəbədə ümumi istifadə üçün bir tualet və bir mətbəx var. Sakinlər bildirir ki, onlarla maraqlanan yoxdur. 2021-ci ildə ADA universiteti tərəfindən məcburi köçkünlər arasında qayıdış haqqında sorğu aparılıb. Əslən Füzulidən olan yataqxana sakini Fərid Əliyev deyir ki, bununla bağlı onların da qapısı döyülüb. Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən sakinlərin şikayəti ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
Yayımlandı: 31 Mart 2022 17:23