“İsti bir dünyaya girdiyimiz üçün müəyyən ifrat məqamların daha tez-tez baş verəcəyi mümkündür”
Keçən ay, sentyabr ən isti ay kimi qeydə alınıb. İsti Sibirdə, Orta Şərqdə və Cənubi Amerika və Avstraliyanın bəzi yerlərində özünü biruzə verib. Avropa Birliyinin Kopernik İqlim Dəyişikliyi Xidməti çərşənbə günü bildirib.
İstiliktutan qaz tullantılarının yaratdığı uzunmüddətli istiləşmə nəticəsində bu il yüksək temperatur Kaliforniya və Arktikadakı yanğınlardan Asiyadakı daşqınlara qədər olan fəlakətlərə yol açıb,- “Reuters” xəbər verir.
“İsti bir dünyaya girdiyimiz üçün müəyyən ifrat məqamların daha tez-tez baş verəcəyi mümkündür”,- Kopernikin baş elmi işçisi Freja Vamborg “Reuters”-ə deyib.
Kopernikus məlumatlarına əsasən, dünya miqyasında sentyabr ayı 2019-cu ilin eyni ayına nisbətən 0,05 dərəcə və 2016-cı ilə nisbətən 0,08C isti olub.
Bildirilir ki, 2020-ci ilin son üç ayında, La Nina fenomeni və proqnozlaşdırılan aşağı Arktik dəniz buzu kimi iqlim hadisələri ilin isti keçməsinə təsir edəcək.
Qeyd: La Nina hava cərəyanı ilə bağlı hadisədir. Güclü külək sayəsində isti sular Qərbə doğru hərəkət edir. Bu zaman dərində olan soyuqlar su üzünə qalxır. Bunun sayəsində Sakit okean üzərində olan hava axını dəyişimi baş verir.
Son beş təqvim ili dünyanın rekord göstəriciləri arasında ən isti illər olub. Orta qlobal istiləşmələr sənayedən əvvəlki dövrlərə nisbətən 1 dərəcə selsi yüksəlib.
Ölkələr 2015-ci il Paris iqlim razılaşması ilə istliyi 1.5 dərəcə selsi ətrafında saxlamağa çalışırlar. Bununla, dünyanı ciddi iqlim dəyişikliyi hadisələrindən qorumaq niyyətindədirlər. Alimlər iqlim dəyişikliyinin ən fəlakətli təsirlərindən uzaqlaşmağa nail olacaqlar.
Çin və Avropa Birliyi də daxil olmaqla böyük birliklər önümüzdəki illərdə emissiyalarını azaldacaqlarıa dair söz vermiş olsalar da, ümumilikdə mövcud siyasət nəticəsində havanın temperaturunun səviyyəsi 1,5 dərəcədən çox artacaq.
“Əsas məqam budur. Yerdə istiləşmə artır və qaz tullantıları hazırda olduğu sürətlə davam edərsə, istiləşmə artmağa davam edəcək ”,- Vamborg deyib.