”Alov evlərə də sirayət edib”
Bakının Səngəçal qəsəbəsinə qaz kəmərində partlayış olub. Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
Xəbərə görə, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da bu barədə paylaşım edib. Yazıb ki, Səngəçal qəsəbəsinin Əzimkənd adlı ərazisində Azəriqazın Qaz İxracı İdarəsinin kompressor stansiyasında 125 atmosfer təzyiqi olan qaz xətti partlayıb:
“Alov evlərə də sirayət edib. Xəsarət alanlar barədə araşdırma aparırıq”.