Senator Kardin Bakını insan hüquq və azadlıqları sahəsində öhdəliklərini yerinə yetirməyə çağırıb

“Bəzi ATƏT ölkələrində əvvəlki kimi köhnə sovet sistemi işləyir, müasirləşmə yaxşı idarəetmədən, insan rüşvət vermədən ofisdə oturduğu zaman başlayır”

Source:


“Bəzi ATƏT ölkələrində əvvəlki kimi köhnə sovet sistemi işləyir, müasirləşmə yaxşı idarəetmədən, insan rüşvət vermədən ofisdə oturduğu zaman başlayır”

Azərbaycan hakimiyyəti əsas azadlıqların təmin edilməsi və siyasi müxalifətin və jurnalistlərin azad fəaliyyət göstərə biləcəyi daha açıq cəmiyyətin formalaşdırılması üzrə öhdəliklərini yerinə yetirməlidir. Bu barədə “Turan İA”-a müsahibəsində Amerikalı senator Ben Kardin bildirib.

Ben Kardin bu ilin yayında ATƏT Parlament Assambleyasında iştirak etmək üçün Bakıya gəlib və bu məsələləri Azərbaycan rəhbərliyi ilə görüşdə müzakirə edib. O, həmçinin bir sıra açıq bəyanatlar verib və prezident İlham Əliyevə Leyla Yunusun həbsi və digər məsələlərlə bağlı məktublar göndərib.

Azərbaycanın beynəlxalq təhlükəsizlik məsələlərində ABŞ-la “strateji tərəfdaşlığını” nəzərə alsaq, Vaşinqton insan hüquqları və demokratiya sahəsində Bakı ilə işi davam etdirəcək.

Noyabrın 19-da ABŞ Konqresinin Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə komissiyası (Helsinki komissiyası) ATƏT regionunda korrupsiyaya qarşı mübarizəni müzakirə edib, Ukraynada, Azərbaycanda və digər ölkələrdə vəziyyətlə bağlı narahatlığını ifadə edib.

ATƏT korrupsiyaya qarşı mübarizə üçün yeni alətlər yaratsa da, problemin həlli üçün “məlumatlılıq səviyyəsinin artırılması və qabaqcıl təcrübənin bölüşülməsi” tələb olunur, bu barədə komissiyanın rəyinə deyilir.

Bir çox dövlətlərdə sistemli, o cümlədən KİV azadlığının, müstəqil məhkəmə sisteminin və hakimiyyətin siyasi iradəsinin olmaması kimi problemlər var. Bütün bunlar yüksək səviyyədə korrupsiya üçün ciddi şərait yaradır, komissiya belə hesab edir.

Müzakirələr zamanı məruzəçilər qeyd ediblər ki, Azərbaycan kimi ölkələrdə rüşvətxorluq siyasi, korrupsiyanın iqtisadi, sosial və ekoloji vəziyyətə mənfi təsir göstərən əsas formasıdır.

Problemin səmərəli həlli üçün qanunvericilikdə vəzifəli şəxslərin ələ alınmasına görə cinayət məsuliyyəti, hüquqi şəxsin rüşvətxorluğun qarşısını almaq iqtidarında olmamağa görə məsuliyyəti və s. nəzərdə tutulmalıdır.

Öz növbəsində, senator Kardin bildirib ki, bəzi ATƏT ölkələrində əvvəlki kimi köhnə sovet sistemi işləyir. Müasirləşmə yaxşı idarəetmədən, insan rüşvət vermədən ofisdə oturduğu zaman başlayır.

“ABŞ nəqliyyat, səhiyyə, təhsil və s.-nin yaxşılaşdırılması üçün başqa ölkələrə “həddindən artıq çox” vəsait verib. Buna görə Vaşinqton irəliləyişin nəticələrini görmək istəyir.

Biz pulun son nəticədə insanlara kömək edəcəyindən əmin deyiliksə, ölkəyə qrant verməyəcəyik”,- deyə o bildirib.

Ana səhifəXəbərlərSenator Kardin Bakını insan hüquq və azadlıqları sahəsində öhdəliklərini yerinə yetirməyə çağırıb