Senator Durbin Azərbaycanda siyasi məhbusların azad edilməsini tələb edir

“Azərbaycan insan hüquqlarına ciddi yanaşırsa, siyasi məhbusları azad etməyin və fundamental hüquqlara hörmət etməyin tam zamanıdır”

Source:


“Azərbaycan insan hüquqlarına ciddi yanaşırsa, siyasi məhbusları azad etməyin və fundamental hüquqlara hörmət etməyin tam zamanıdır”

Amerika senatoru Riçard Durbin bir daha Azərbaycan hakimiyyətini uzunmüddətli həbs cəzası təhlükəsi ilə üz-üzə olan altı siyasi məhbusu azad etməyə çağırıb. “Hakimiyyətin tərəqqi haqqında iddialarına baxmayaraq, Anar Məmmədli, Leyla və Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov və Xədicə İsmayılova həbsdədir”, – deyə Durbin avqustun 31-də Twitter-dəki mikrobloqunda yazıb.

“Azərbaycan insan hüquqlarına ciddi yanaşırsa, siyasi məhbusları azad etməyin və fundamental hüquqlara hörmət etməyin tam zamanıdır”, deyə senator Milli Məclis üzvü Elxan Süleymanovun məktubuna cavabda yazıb.

Bir müddət əvvəl, Amerika qanunvericiləri İlham Əliyevə vətəndaş cəmiyyətinin və müstəqil mətbuatın təqibinə son qoyulmasını tələb edən məktub göndərdikdən sonra bu deputat 16 Amerika senatorunu Azərbaycanın daxili işlərinə müdaxilədə ittiham etmişdi (Turan İA).

Ana səhifəXəbərlərSenator Durbin Azərbaycanda siyasi məhbusların azad edilməsini tələb edir