Senat ABŞ-ın Azərbaycandakı yeni səfirinin namizədliyini təsdiqləyib

Source:

Dekabrın 4-də ABŞ Senatının Xarici İşlər Komitəsi Robert Sekutanın Amerikanın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiqləyib.

Bundan əvvəl Sekuta dövlət katibinin enerji məsələləri üzrə baş müavini olub və şəffaflıq məsələlərinə nəzarət edib.

Sekuta xarici diplomatik missiyalarda iş təcrübəsinə malikdir. O, ABŞ-ın Tokio (2007-09-cu illər) və Berlindəki (2003-2007-ci illər) səfirliklərində çalışıb.

Sekuta Corctaun Unviversitetinin məzunudur.

O, səfir postunda Riçard Morninqstarı əvəzləyəcək. Morninqstar da uzun illər Dövlət Departamentində enerji məsələləri ilə məşğul olub.

Ana səhifəXəbərlərSenat ABŞ-ın Azərbaycandakı yeni səfirinin namizədliyini təsdiqləyib