“Semaşko” koronavirusa görə bağlandı

Xəstəxana 2 ay yalnız koronavirus xəstələri qəbul edəcək

Foto: Meydan TV


Xəstəxana 2 ay yalnız koronavirus xəstələri qəbul edəcək

1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) koronavirusla mübarizə məqsədi ilə 2 ay müddətinə bağlandığı bildirilir.

Məlumata görə, xəstəxana COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək. Artıq xəstəxanada təmirdə olmayan bütün şöbələr – ginekologiya, cərrahiyyə, mərkəzin 1-ci korpusu COVID-19-la mübarizəyə qoşulub.

"Xəstəxana zəruri dərman vasitələrilə təchiz olunub və xəstələr üçün lazımi şərait yaradılıb”, – deyə 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumatı "Qaynarinfo"ya

təsdiqləyiblər

.

Bildirilir ki, mərkəzdə yalnız toksikologiya şöbəsi öz səlahiyyətlərinə uyğun fəaliyyət göstərəcək.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov bildirib ki, bu qərar rəhbəri olduğu şöbəyə aid deyil: "Bizim şöbə hazırda təcili tibbi yardımla birgə çalışır”.

Ana səhifəXəbərlər“Semaşko” koronavirusa görə bağlandı