Seks inqilabı nə üçündür?!

Bu inqilabın 30 faizi baş tutub…

Source:

Durum çox ağırdır. O gün bir nəfər götürüb mikrafonu, düşüb şəhərin canına ki, bəs “istəyərdiz bu ölkədə seksual inqilab olsun?” Respondentlərin çoxu da soruşur ki, “Seksual inqilab” nə deməkdir? Adam da deyir “Azad seks də, azad seks”. Dərhal cavab budur ki, yox a kişi, bizim mentalitetimiz var. Hə, burda qəribə olan heç nə yoxdur, seksual inqilabın nə olduğunu bilməyənlərin bu cür reaksiya verməsi normaldır.

Videoda ikinci bir qrup insan var ki, sualı anladığını ifadə edirlər və başlayırlar müxtəlif formada izah etməyə ki, yox bizə bu lazım deyil, cəmiyyət buna hazır deyil, xalq bunu səhv anlayar bla bla… Hələ bir çoxu guya mütaliə edən kütlədir. Tırt…

Əvvəla Seksual yox, Seks inqilabı;

1. Seks İnqilabının nə olduğunu bilmək lazımdır. Seks inqilabı təkcə azad seks demək deyil. Seks inqilabı intim həyatın toxunulmazlığıdır. Heç kim sənin intim həyatına müdaxilə edə bilməz, heç kim səni toya qədər niyə bakirə qalmamısan deyə qınaya bilməz, heç kim sənin intim videonu yaya bilməz və ən əsası heç kimin haqqı yoxdur 2 damcı qana görə səni cəzalandırsın. Budur seks inqilabı…

Seks inqilabı təkcə kimi harda tutub qayırmaq deyil, seks inqilab Fuck sözünü Azərbaycan dilində sərbəst işlədə bilmək sərbəstliyindən tutmuş, sərbəst marketinq bazarının inkişafından, yuxarıda saydığım azadlıqlara qədər çox uzun bir prosesdir. Burda kiçik bir haşiə çıxım. Marketinqi ona görə əlavə etdim ki, efirlərimizi bürüyən halal kolbasa, halal kart, halal toyuq kimi reklamların, sloqan çatışmazlığının əsas səbəblərindən biri də mühafizəkarlıqdır. Yenə də bu hissəni daha yaxşı dərk etmək üçün”Generation P” filminə baxmaq yaxşı olardı.

2. Bir qrup iddia edirdi ki, seks inqilabı HİV/AİDS kimi xəstəliklərə yol aça bilər. Xeyr, tam əksinə, seks inqilabı həm də “qoruyucu” almaq üçün aptekə gedərkən utanmamaqdır. 2 il əvvəl polis bizim aktivistlərdən Arazı saxlayanda cibindən “prezervativ” çıxmışdı. Soruşmuşdu bu nə üçündür? Araz da cavab vermişdi ki, seks üçündür. Polis demişdi, utanmırsan, tərbiyəsiz! Bəli, seks inqilabı bunun qarşısını almaq üçündür.

3. Seks İnqilab olsa “qara kurtkalı” gədələr necə olacaq? sualına gəlincə isə… Birmənalı cavab budur ki, onlar da adam olacaq. Adam olmamaq şansları olmayacaq. Türkiyədə Diyarbəkirə getsən, mini yubka geysən, səni öldürə bilərlər, amma o diyarbəkirlini götürüb gətir Bodruma, orda o qədər kupalnikli, çılpaq qız görəcək ki, gözü doyacaq və orda olduğu müddətcə normallaşacaq, heç kimə hücum etməyəcək. Bundan başqa, əvvəllər dediyim kimi, bütün mədəniyyətin əsasını siyasi mədəniyyət təşkil edir. Siyasi mədəniyyət olduğu yerdə insanların şəxsi həyata baxış mədəniyyəti də dəyişəcək. Bu gün ölkədə Seks İnqilabı qismən əngəlləyəcək bir şey varsa, o da siyasi mədəniyyətin kasadlığıdır.

4. Seks inqilab ifadəsindəki inqilab sözünü görüb, dərhal gözünüzün önündə minlərlə insanın eyni vaxtda küçəyə çıxıb sekslə məşğul olması gəlməsin. Seks inqilabı 99 faiz beyinlərdə olur. Bunun üçün küçəyə çıxıb “Seks! SEKS, Oh Yeah!” qışqırmırlar.

Sonda: Bu qarşısıalınmaz prosesidr. Ölkədə seksual inqilab prosesinin 30 faizi artıq baş verib. Siz bunu görməyə bilərsiz, ancaq bu belədir.

Ana səhifəMənim FikrimcəSeks inqilabı nə üçündür?!