Səhiyyə Nazirliyi saxta diplomlar aşkarlayıb

Pozuntu faktları üzrə 21 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb

Source:

Pozuntu faktları üzrə 21 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb.

Azərbaycan Səhiyyə Nazirliyi bu il aşkarladığı 19 saxta diplomla bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.

2015-ci ilin son iki ay ərzində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 86 şikayətə nazirlikdə baxılıb.

“Trend” Səhiyyə Nazirliyinə istinadən bildirir ki, aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 21 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb, 71 şikayət əsassızdır.

Bundan əlavə, görülmüş yoxlama tədbirləri nəticəsində 19 saxta diplom aşkar olunaraq, toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Ana səhifəXəbərlərSəhiyyə Nazirliyi saxta diplomlar aşkarlayıb