Səhiyyə Nazirliyi: ”Donuz qripi” ilə əlaqədar xəstəxanalarda əlavə palatalar yaradıb

Eyni zamanda, “donuz qripi” ilə bağlı epidemioloji nəzarət gücləndirilib

Source:


Eyni zamanda, “donuz qripi” ilə bağlı epidemioloji nəzarət gücləndirilib

Azərbaycanda “donuz qripi” ilə əlaqədar olaraq daha iki xəstəxanada əlavə palatalar yaradılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya açıqlamasında bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında da əlavə palatalar hazır vəziyyətə gətirib.

Onun sözlərinə görə, Azərbaycanda “donuz qripi” qeydə alınmayıb.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 8 boks tipli palata ayrılıb.

Onu da qeyd edək ki, “donuz qripi”nə qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən 8 dekabr 2015-ci il tarixdə əmr imzalanıb. Eyni zamanda, “donuz qripi” ilə bağlı epidemioloji nəzarət gücləndirilib.

Ana səhifəXəbərlərSəhiyyə Nazirliyi: ”Donuz qripi” ilə əlaqədar xəstəxanalarda əlavə palatalar yaradıb