Şəhidlərdən biri dəfn olundu – VİDEO

İyulun 31-də Qazax rayonu Böyük Cəfərli kənd sakini, Azərbaycan ordusunun giziri, 1977-ci il təvəllüdlü İsa Ziyad oğlu Almazov cəbhənin Kəmərli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Bu gün isə dörd uşaq atası olan şəhid Qazax rayonu Böyük Cəfərli kəndində torpağa tapşırıldı. Dəfndə rayon rəhbərliyi, Hərbi Hissə komandiri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Dəfn zamanı yaylım atəşləri açılıb. Qohumlarının verdiyi məlumata görə, şəhid İsa Almazovun əkiz qızlarının hələ bir yaşı tamam olmayıb.

Ana səhifəVideoŞəhidlərdən biri dəfn olundu – VİDEO