Şəhidlər Xiyabanında olay… VİDEO


İlham və Fərizə cütlüyünün qəbri təhqir olunub.

Avqustun 21-də axşam saatlarında Şəhidlər Xiyabanında xoşagəlməz hadisə baş verib. Naməlum şəxs tərəfindən İlham və Fərizə cütlüyünün qəbri mundarlanıb. Həmin ərazidə təmizlik işlərinə baxan qadınlar bildirdilər ki, hadisə gecə baş verib. Zəminə Əhmədova

deyir ki, olay baş verəndə onlar ərazidə olmayıblar:

“Gecə olub hadisə. Kim edibsə gecə edib. İnternetə yerləşdirənin özündən soruşmaq lazımdır ki, sən gecə saat 12-də burda nə gəzirdin?!

“Yüngülvari ləkə idi bizdə yuduq təmizlədik” – deyə digər xadimə Tərlan Əliyeva əlavə etdi.

Xidmətçi qadınlar ərazidən uzaqlaşsalar da, polislərin təkidi ilə yenidən geri qayıtdılar. Lakin bu dəfə onlar gördüklərini təkzib etməyə başladılar:

“Gülləri suluyanda su sıçrayır. Onun ləkəsidir. Mən başqa heçnə görməmişəm. Boş söhbətdir” – Zəminə Əhmədova belə deyir.

İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev də olayı eşidən kimi Xiyabana gəlib. O əraziyə yetişənə kimi qəbr daşı təmizlənmiş olsa da, hadisədən çox təsirləndiyindən göz yaşlarını saxlaya bilməyib:

“Spirt aldım gətirdim, hər ehtimala qarşı dezinfeksiya elədim. Mən görmədim elə bir şey, amma işçi dedi üzündə ləkə var idi, amma soruşanda  nə ləkədi, demədi”.

Ana səhifəVideoŞəhidlər Xiyabanında olay… VİDEO