Şəhərin mərkəzində unudulanlar

Şəhərin mərkəzində, Rusiya səfirliyin arxasında bir yataqxana yerləşir. 1993-cü ildə Qarabağ savaşından sonra məcburi köçkünlər bu binanı özlərinə ev seçib, müvəqqəti yaşamağa başlayıblar. Bu müvəqqətilik 23 ildir davam edir. Yüzdən çox ailə yaşayır bu yataqxanada. Bina isə illərdir nə təmir olunur, nə də orada yaşayanlar üçün hansısa şərait yaradılır.

Sakinlərin sözlərinə görə, binanı kimsə “böyük” adam alıb, amma hələ bir iş görmək istəmədiyi üçün onları köçürmürlər.

Burada elə ailələr var ki, 6-7 nəfər bir otaqda yaşayır. Evin yoxluğundan, darısqallıqdan evlənməyi yaddan çıxaran gənclər də var. Bəzi otaqlarda hamam, tualet yerləşsə də, əksəriyyətində bu yoxdur və ümumi istifadə olunan hamam-tualetlər yararsız vəziyyətdədir.

Sakinlərin şikayətçi olduqları bir məsələ də binanın təmizliyi ilə bağlıdır. Zirzəmiyə yığılan yağış və kanalizasiya suları üfunıt yaradır. Sakinlərin sözlərinə görə, yayda da, qışda da zirzəmi ağcaqanadlarla dolu olur.

Ətrfada hündürmərtəbli binalar tikiləndən sonra yay aylarında bürkülü havadan əziyyət çəkən sakinlər gecə yatarkən belə dəhlizə açılan mənzilin qapılarını açıq qoymaq məcburiyyətində qalırlar.

Son illər yataqxanaların köçürülməsi ilə bağlı işlərin getdiyini deyən sakinlər ümidlə həmin günü gözləyirlər…

Ana səhifəVideoŞəhərin mərkəzində unudulanlar