Səfirlik “Yeni Müsavat”ın “ABŞ Bakıdakı taktikasını dəyişir” məqaləsinə reaksiya verdi

Amerika səfirliyi bildirir ki, səfirlikdən hansısa məlumatın şərh olunması xahiş olunmayıb və səfirlik sözügedən məlumatları təkzib edir

Source:


Amerika səfirliyi bildirir ki, səfirlikdən hansısa məlumatın şərh olunması xahiş olunmayıb və səfirlik sözügedən məlumatları təkzib edir

“ABŞ-ın Azərbaycandakı səfirliyi mətbuatda ABŞ-ın gələn seçkilərə dair güya planlaşdırdığı siyasəti barədə dərc edilən anonim iddialardan agahdır. Sözügedən məqalələr tamamilə həqiqətə uyğun deyil”.

Bu barədə Amerikanın Azərbaycandakı səfirliyinin dekabrın 19-da yaydığı məlumatda deyilir.

“Turan İA” hesab edir ki, səfirliyin açıqlamasında “Yeni Müsavat” qəzetinin son sayında baş məqalə yerində dərc etdiyi “ABŞ Bakıdakı taktikasını dəyişir” adlı yazıdan söhbət getdiyi təxmin edilir.

Qəzet diplomatik mənbələrdən daxil olan məlumatlara əsaslanaraq yazır ki, 2015-ci il parlament seçkilərinə ABŞ xüsusi ssenari ilə hazırlaşır. “Məlumdur ki, Milli Məclisin indiki siyasi vitrinindən Qərb narazıdır. Buna görə də ABŞ parlamentdə hakim partiya ilə yanaşı, orada başqa müxalif fraksiyaların olmasını istəıyir”, deyə qəzet yazır.

Məqalədə həmçinin “Amerikanın yeni səfirinin üzərinə qoyulan funksiya dağınıq olan demokratik düşərgəni toparlamaqdır, iddialara görə Qərb bu seçkilərdə iqtidarla hər-hansı məhbusla bağlı “bazarlaşmaya” getməyəcək, səfir əvəzi müxalifətlə nələri müzakirə edib?” kimi mövzulara toxunulub.

Amerika səfirliyi bildirir ki, səfirlikdən hansısa məlumatın şərh olunması xahiş olunmayıb və səfirlik sözügedən məlumatları təkzib edir.

“Müvəqqəti İşlər Vəkili Derek Hoqan həqiqətən siyasi partiyaların baxışlarını daha yaxşı anlamaq məqsədilə bir sıra partiyalarla görüşlər keçirib. Müstəqil, suveren və demokratik dövlət kimi Azərbaycanın inkişafına təkan verən Amerika Birləşmiş Ştatları heç bir seçki prosesinə öncədən qiymət vermək və ya təsir göstərmək niyyətində deyil. Biz Azərbaycan hökuməti və xalqı ilə müxtəlif səpkidə əməkdaşlıq etmək ümidindəyik”, –  deyə səfirliyin məlumatında bildirilir.

Ana səhifəXəbərlərSəfirlik “Yeni Müsavat”ın “ABŞ Bakıdakı taktikasını dəyişir” məqaləsinə reaksiya verdi