Səfirlik: Partlayışda xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

Partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olmaması xəbərini Türkiyə Daxili İşlər Nazirliyindən və Türkiyə Səhiyyə Nazirliyindən səfirliyə təsdiq ediblər

Source:


Partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olmaması xəbərini Türkiyə Daxili İşlər Nazirliyindən və Türkiyə Səhiyyə Nazirliyindən səfirliyə təsdiq ediblər

Martın 13-də Ankarada baş vermiş partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Trend-ə bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat veriblər.

Partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olmaması xəbərini Türkiyə Daxili İşlər Nazirliyindən və Türkiyə Səhiyyə Nazirliyindən səfirliyə təsdiq ediblər.

Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 37 nəfərə, yaralananların sayı isə 125 nəfərə çatıb.

Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı avtomobillər və binalar zərər görüb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Ərazi boşaldılıb, yaxınlıqdakı küçələrdə, avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

Ana səhifəXəbərlərSəfirlik: Partlayışda xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur