Səfir Paskal Mönye: “Azərbaycanda turizm bahalıdır”

“Yalnız Bakı və Paris arasında aviabiletin dəyəri 500 manat təşkil edir. Bu məbləğə fransalı turist Portuqaliyaya, Türkiyəyə, Tunisə, Mərakeşə üçulduzlu oteldə qalmaqla bir həftəlik səfər edə bilər”

Source:


“Yalnız Bakı və Paris arasında aviabiletin dəyəri 500 manat təşkil edir. Bu məbləğə fransalı turist Portuqaliyaya, Türkiyəyə, Tunisə, Mərakeşə üçulduzlu oteldə qalmaqla bir həftəlik səfər edə bilər”

“Fransa və Azərbaycan arasında əlaqəlrin genişlənməsinə baxmayaraq, əməkdaşlıq potensialından tam istifadə olunmur”

Bu fikri mayın 27-də Fransanın Azərbaycandakı səfiri Paskal Monyenin jurnalistlərlə görüşündə səsləndirib.

Diplomat kənd təsərrüfatını və turizmi belə sahələrdən hesab edərək əməkdaşlığı qənaətbəxş hesab etmədiyinə işarə vurub: “Azərbaycan bazarında Fransa inəkləri, pendirləri və şərabı hələ zəif təmsil olunub”.

Gömrük məhdudiyyətlərinin buna nə dərəcədə mane olduğu barədə suala səfir diplomatcasına “görünür, siz məndən yaxşı bilirsiniz” deyə cavab verib. Amma o, qeyd edib ki, bu yaxınlarda Asiya İnkişaf Bankının forumunda gömrük prosedurlarının sadələşdirilməsi zərurəti vurğulanıb.

Azərbaycanda turizm potensialının yüksək olduğunu deyən Mönye bu sahəni ləngidən amillər sırasında bahalılıq və viza problemini önə çəkib: “Yalnız Bakı və Paris arasında aviabiletin dəyəri 500 manat təşkil edir. Bu məbləğə fransalı turist Portuqaliyaya, Türkiyəyə, Tunisə, Mərakeşə üçulduzlu oteldə qalmaqla bir həftəlik səfər edə bilər. Bilirsiniz, turizmin inkişafı üçün AZAL qiymətləri endirməli və ya digər kompaniyalar da cəlb olunmalıdır. Viza probleminə gəlincə, prosedurun iki-üç həftə davam etməsi çətinliklər yaradır. Azərbaycana gələn və qeydiyyatdan keçməyi unudan turist ölkəni tərk edərkən 300 avro cərimə ödəməli olur. Ancaq Qazaxıstan təcrübəsi də var, onlar eksperiment kimi Avropa ölkələrinə vizanı götürüblər.

Diplomat Fransa səfirliyinin viza verilməsini sadələşdirdiyini də bəyan edib: “Biz 2012-ci ildə 1988 viza vermişiksə, bu ilin 4 ayında 4131 viza verilib, bu ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çoxdur”.

Paskal Mönye ölkəsinin Avropa Oyunlarında çox fəal çıxış edəcəyini dedi: “Komanda səviyyəsində ilk beşliyə daxilik. 250 atlet yarışa qatılacaq, müşahidəçilər, məşqçiləri də nəzərə alsaq 450 nəfər gələcək. Ancaq hansı rəsmi şəxsinin iştirakına gəlincə, nazirlərin iş cədvəli çox sıx olduğundan hələlik konkret heç nəyə deyə bilmərəm”.

Ana səhifəXəbərlərSəfir Paskal Mönye: “Azərbaycanda turizm bahalıdır”