Səfir Maniq: Alman fondları “beşinci kalon” deyil

”Ümidvaram ki, Azərbaycan hökuməti Almaniya siyasi fondlarının qayıtmasına razılıq verəcək və fəaliyyət üçün onlara lazımi məkanı ayıracaq”

Source: Specify Source


“Alman investorlara etibarlı hüquqi sistem, pulla ələ alınmaz hakimlər və şəffaf administrasiya, ixtisaslı işçilər lazımdır”

“Almaniya investorları Azərbaycan iqtisadiyyatına pul yatırmazdan əvvəl iki dəfə düşünməlidirlər. Çünki Almaniya iqtisadi landşaftı kiçik və orta müəssisələrin olması ilə xarakterizə olunur. İş adamları biləndə ki, investisiya qoyuluşu üçün şərait rahatdır, o zaman qalırlar. Ancaq onlara etibarlı hüquqi sistem, pulla ələ alınmaz hakimlər və şəffaf administrasiya, ixtisaslı işçilər lazımdır. Belə bir şəraitdə kənd təsərrüfatı, logistika, səhiyyə və turizm sektorlarında imkanlar görürəm”.

Bu fikirləri Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq "Turan"ın “Azərbaycan iqtisadiyyatının hansı sahələri almaniyalı invesorlar üçün maraqlıdır?” sualına cavabında deyib.

Rəsmi Bakı ilə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin bərpasının müzakirəsinin aparılması haqda suala səfir belə cavab verib: "Almaniya siyasi partiyalarının altı siyasi fondu (Konrad-Adenauer, Fridrix-Ebert, Fridrix-Nauman, Henrix-Böll, Hans-Zaydel və Roza-Lüksemburq fondları) unikaldır: onlar müharibədən sonra yaradılıblar. Əsas vəzifələri alman xalqını demokratik dəyərlər üzərində tərbiyə etmək idi. Xaricdə onlar Almaniya və digər ölkələr arasında münasibətləri möhkəmləndirmək üçün işləyirlər. Hökumət fondların müvafiq fəaliyyət növlərini maliyyələşdirir: sahibkarlarla əməkdaşlar arasında məhsuldar qarşılıqlı fəaliyyət üçün sağlam mühitin yaradılması və dəstəklənməsi; iqlimin və təmiz ətraf mühitin mühafizəsi barədə məlumatlılığın artırılması; administrasiyanın və parlamentarilərin kvalifikasiyasının artırılması. Fondlar yerli tərəfdaşlarla – hökumətlər, parlamentlər, KİV, biznes assosiasiyaları, həmkarlar ittifaqları və s. ilə əməkdaşlıq edirlər. Xarici İşlər Nazirliyi və Almaniya səfirliyi ev sahibi olan ölkənin qanunvericiliyinin pozulmaması üçün mümkün nəticələri qiymətləndirirlər. Ümidvaram ki, Azərbaycan hökuməti Almaniya siyasi fondlarının qayıtmasına razılıq verəcək və fəaliyyət üçün onlara lazımi məkanı ayıracaq. Əlbəttə ki, “beşinci kolon” deyil”.

Almaniyanın Azərbaycanda azad KİV-lərin inkişafına hansı dəstəyi verə biləcəyinə gəlincə, diplomat bildirib ki, azad KİV jurnalistlərin iqtisadi müstəqilliyinə və bacarıqlarına əsaslanır: “Əgər KİV-in jurnalist məzmunu müəyyən maraqlı tərəflərin reklamı kimi iqtisadi məhdudiyyətlərlə bağlıdırsa, azadlıq məhdudlaşdırılır. İqtisadi baxımdan müstəqil olmaq üçün KİV sahiblərinin işğüzar bacarıqları vacibdir. Almaniyada bir böyük nəşriyyat qismən jurnalistlərə məxsusdur. Əlbəttə, belə tikintidə şirkətin idarə edilməsində müəyyən təcrübə qaçılmazdır. İkincisi, azad KİV-ə məsuliyyətli jurnalistlər lazımdır. KİV-lə vicdanla qarşılıqlı fəaliyyət göstərən, həmçinin tənqidi məqalələri qəbul edən hökumət ictimaiyyətə müraciət zamanı üstünlüyə malik olur. Şayiələr yaymayan, ancaq öz peşəsini yaxşı araşdırma bacarığı sayəsində bilən və yüksək maarifləndirmə standartlarına riayət edən vicdanlı jurnalistlər isə ölkənin siyasi elitası ilə yaxşı və etibarlı münasibətlərdən qazanırlar”.

Səfir Maniq təəssüflənir ki, son 18 ayda pandemiya Azərbaycanda jurnalistlərin tədrisi üzrə kompleks proqrama başlamaq barədə Almaniya səfirliyinin təklifinin qarşısını alıb: “Proqram siyasi sinif və kütləvi informasiya vasitələri arasında intensiv dialoqu da əhatə edir. Ancaq mən ümid edirəm ki, fiziki cəhətdən adamlarla görüşmək imkanlarının artmasını nəzərə alaraq, biz tezliklə bu proqrama başlaya biləcəyik”.

Diplomatın sözlərinə görə, Berlin və Bakı Avropa İttifaqı ilə Azərbaycan arasında readmissiya haqqında sazişin daha yaxşı həyata keçirilməsinə kömək edəcək readmissiya protokolunu imzalamağı planlaşdırırlar: “Bu sazişlər səfərlərin gələcəkdə daha da asanlaşdırılmasına və qısamüddətli səfərlər üçün viza tələblərinin ləğvinə yol açmaqda kömək edəcək”.

Ana səhifəSiyasətSəfir Maniq: Alman fondları “beşinci kalon” deyil