Seçki təhdidləri başladı

Xaçmazda seçicilərə imzalardan imtina ərizəsi yazdırdılar, namizədin oğlunu həbslə hədələdilər, Sabirabadda isə müsavatçının qohumlarını işdən çıxarmaqla təhdid etdilər

Source:


Xaçmazda  seçicilərə imzalardan imtina ərizəsi yazdırdılar, namizədin oğlunu həbslə hədələdilər, Sabirabadda isə müsavatçının qohumlarını işdən çıxarmaqla təhdid etdilər

Xaçmazda hakimiyyət orqanları nəinki müsavatçı namizədə və onun müdafiəsi üçün imza toplayanlara, hətta müxalifətə imza verən seçicilərə belə kütləvi təzyiqə başlayıb.

Məlumatı Müsavat Partiyasının Xaçmaz rayonundan deputatlığa namizədi Söhrab Əmrahov Facebook səhifəsində paylaşıb.

“Sentyabrın 20-də imzaların toplaması başa çatdı. 550 imzani tam topladim. İndiki kimi müəllimliyim və müsavatçılığımla qürur duymamışdım. Hər bir həyətdə xoş simalar, xoş üzlər gördükcə ruhlandım. Amma təəssüf ki, bu çox çəkmədi. Xaçmaz Rayon İçra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin tapşırığı ilə bütün məktəb direktorları və büdcə təşkilatlarinda olanlara tapşıriq verildi ki, mənə səs verənlər imzasınə geri götürsünlər, ya da mənə deyib imzasınpı pozsunlar. Mən toplanmiş imzaları səlahiyyətli nümayəndəmə verdiyimdən, onlara bir surəti məndə qalmaqla, yazılı-imzali kağız verməyə məcbur oldum. Hətta Şükürov Murad adlı bir seçici dedi ki, müəllim, əgər məni işdən çıxarsalar, ailəmi götürüb sizə gələcəyəm ki, saxlayasan”, – Sahib Əmrahov yazıb.

Müsavatçı namizəd İlham Əliyevə də müraciət edib:  “Cənab prezident, budurmu ədalət, demokratik seçki?! Bu da bizdə olan seçki mühiti!”

Söhrab Əmrahov hətta övladlarının da həbslə hədələndiyini bildirib:  “Məni övladlarımın həbsi ilə hədələyirlər. Tanımadığım naməlum nömrələrdən zənglər gəlir”.

Oxşar təhdidlər partiyanın Sabirabad rayonundan deputatlığa namizəd, yerli təşkilatın sədri Yavər Gülməmmədova olub: “Hakimiyyət bizim seçkidə iştirakımızdan əndişə içindədir. Namizədliyimin irəli sürüldüyü gündən Sabirabadın icra hakimiyyəti tərəfindən görünməmiş təzyiqə məruz qalmışam. Çünki mənim burada gücümü və Müsavatın nüfuzunu bilirlər. Mənim bütün qohumlarım təhdidlə üzləşiblər, hətta  xadimə işləyən qohumuma deyiblər ki, mən namizədliyimi geri götürməsəm, işdən çıxarılacaqlar. Əgər yaxınlarıma qarşı hər hansı təxribat olsa, bu cinayətin başında Xaçmaz İcra Hakimiyyətinin başçısı durur. Bununla namizədliyimin geri götürülməsinə nail omağa çalışırlar. Bu, heç vaxt olmayacaq! Məni bu yoldan ölümüm döndərə bilər!”.

Deputatlığa namizəd onu da qeyd edib ki, hakimiyyətin bütün təzyiqlərinə rəğmən, o, namizədliyinin irəli sürülməsi üçün zəruri olan seçici imzalarını toplayaraq, artıq DSK-ya təqdim edib.

Ana səhifəXəbərlərSeçki təhdidləri başladı