Səbail rayonunda aksiya – ”Evimizə qaz verin!”

Qazın təzyiqindən digər ərazilərdə yaşayanlar da şikayətçidirlər

Source:


Qazın təzyiqindən digər ərazilərdə yaşayanlar da şikayətçidirlər

Yanvarın 25-də Səbail rayonu, Arif İsmayılov küçəsinin sakinləri etiraz aksiyası keçiriblər. Onlar qazın verilməməsinə etiraz edirlər. Sakinlərin sözlərinə görə, 2 aydır evlərə mavi yanacaq verilmir. Sakinlər dəfələrlə “Azəriqaz” İstehsalat Birliyinə müraciət etsələr də. nəticəsi olmayıb.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev də məlumatı təsdiqləyib.

Onun dediyinə görə, qış mövsümü başlayandan qazın təzyiqi azaldılıb: “Hazırda “Azəriqaz” İstehsalat Birliyində ixtisarlar gedir. Qazın verilişinə cavabdeh olan mütəxəssislərin işdən çıxarılması yaxın aylarda daha çox hiss ediləcək. A.İsmayılov küçəsinin sakinlərinin isə şikayətlərini eşidən yoxdur”.

Ərazidə yaşayan Nərminə Məmmədova isə deyib ki, hazırda evdə elektrik qızdırıcılarından istifadə edirlər. Bu isə elektrikin yüklənməsi ilə nəticələnir: “Heç kim bizim problemlə maraqlanmır. Kaş ki, vəzifəli şəxslərdən biri bizim küçədə yaşayardı. Bəlkə onda “Azəriqaz” bizim küçənin problemini həll edərdi”.

Ümumilikdə, 20-ci sahəyə verilən qazın təzyiqi azaldılıb. Hadisə yerinə rayon icra hakimiyyətinin nümayəndələri və polislər də gəlib. Onlar sakinlərdən dağılışmalarını istəyiblər. İcra hakimiyyəti problemin tezliklə həll ediləcəyini vəd edib. “Azəriqaz” İstehsalat Birliyi isə qaz verilişinin axşama yaxın bərpa olunacağını deyib. Qazın təzyiqindən digər ərazilərdə yaşayanlar da şikayətçidirlər. Məsələn, Bəhruz Nuriyev, 28 may küçələrinin sakinləri də qazın təzyiqindən narazıdılar. İddialara görə, yeni yaradilan Baki Qaz İstismar Sahəsinin rəhbərliyi qaza qənaət etmək üçün təzyiqin azaldılmasını əmr edib. Bu barədə isə qurumun adının açıqlanmasını istəməyən əməkdaşı xəbər verib: “Şifahi əmrə əsasən qazın təzyiqi azaldılıb. Nəsimi rayonunun Yasamal xəttindən qaz alan hissəsində qazın təzyiqi o qədər azaldılıb ki, şam işığından fərqlənmir”.

Mütəxəssis deyir ki, qənaət məqsədilə qaz tənzimlənmə şitinin (sari qutulardir, yol kənarlarında qoyulur) 30 millibardan cox olmamasına diqqət yetirilir: “Bu təzyiq də küçənin bir başından digər başına çatana qədər azalır. Bu təzyiq qış aylarında bina evləri üçün azdır. Məsələn, böyuk həcmli kombinin yanması üçün təzyiq ən azı 40 olmalidir”.

Ana səhifəXəbərlərSəbail rayonunda aksiya – ”Evimizə qaz verin!”