Yanğın təxminən 1000 kvadratmetr ərazini əhatə edib
Fevralın 18-də səhər saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində yanğın olub.
Bu barədə Meydan TV-yə ticarət mərkəzində çalışanlar məlumat veriblər. Bildiriblər ki, yanğın nəticəsində təxminən 50-yə yaxın ticarət obyektinə ziyan dəyib.
“Yanan mağazalardakı malları mühafizə etmək mümkün olmayıb. Çünki yanğın erkən saatlarda başlayıb və sürətlə yayılıb. Nəticədə bir çox sahibkara minlərlə manatlıq ziyan vurub”.
Fövqəladə Hallar Nazirliyi
nin (FHN) yanğınla bağlı yaydığı məlumatda isə bildirilir ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub, yanğın söndürülüb.
Hələlik, hadisənin nədən baş verdiyi açıqlanmır.
Yanğın 1000 kv.metr ərazini əhatə edib. Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi
Əkbər Novruzov
yanğınla bağlı açıqlamasında belə deyib.
Bildirib ki, yanğın bir saata yaxın davam edib. Söndürülməsinə 23 texnika və 125 canlı qüvvə cəlb olunub:
“Yanğın 900-1000 kv.metr ərazini əhatə edib. Hazırda tam söndürülüb. Soyutma işləri aparılır. Yanğının səbəbi məlum deyil. Araşdırmalar davam edir”.