”Saytlar iranlı hakerlərin hücumuna məruz qalıb”

Bir neçə saytın fəaliyyəti məhdudlaşdırılıb

Source:
Sayta daxil olanda yazılanlar
Sayta daxil olanda yazılanlar


Bir neçə saytın fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycanda fəaliyyət göstərən “cebhe.info”, “cumhuriyyet.biz” və “axcp.biz” saytlarına giriş mümkünsüzləşib. Sayt rəhbərlərinin yaydığı məlumata görə, yanvarın 25-də, gecə saatlarında baş verən kiber hücum nəticəsində saytların fəaliyyətində problemlər yaranıb. Saytların ana səhifəsində hücumun Peyman Siyahi adlı iranlı haker tərəfindən edildiyinə dair bildiriş yayılıb. Ələ keçirilmiş “cebhe.info” və “cumhuriyyet.biz” saytında “İranlı hakerlər burada idilər” qeydini yazıblar.

Saytda həmçinin kiber hücumda iştirak etmiş digər şəxslərin e-mail ünvanları və adları (Ali / MoHaMaD Vaker / Saman Aghdami / shayan 72 / karaji / alihack051 / satan666 /… ) qeyd edilib.

Sayt rəhbərlərinin birgə məlumatında deyilir ki, bir neçə gündür saytlar İran tərəfindən hücuma məruz qalır: “İT mütəxəssisləri bir həftə öncədən başlayan hücumları zərərsizləşdirməyə çalışırdı. Nəhayət, dünən gecədən ən yüksək hazırlıqla təşkil edilən hücum saytların fəaliyyətini iflic edib.

Müdaxilə o qədər böyük olub ki, saytların hər üçünün fəaliyyətindəki problem hazırda da qalmaqdadır”.

Ana səhifəXəbərlər”Saytlar iranlı hakerlərin hücumuna məruz qalıb”