Xırdalan qəsəbəsində 3 nəfər ailə üzvü 19 ildir vaqonda yaşayır. Cəbrayıl rayonundan qaçqın düşən Mənzər Əbilova əvvəlcə Gigiyena və Epidemiologiya Mərkəzinin Abşeron rayon Şöbəsinin bir otağına sığınıb. Amma idarə qəzalı vəziyyətə düşəndən sonra qadın 700 dollara bu vaqonu alıb.