Şaxta baba ucqar dağ kəndlərinə gedəcək

”16 kənddə 500-ə yaxın uşağa hədiyyə vermək üçün 100 km dən çox yol gedəcəyik”

Source:
foto: Zaur Mirzəyev
foto: Zaur Mirzəyev


”16 kənddə 500-ə yaxın uşağa hədiyyə vermək üçün 100 km dən çox yol gedəcəyik”

Bu il də Şaxta baba Azərbaycanın ən ucqar kəndlərinə gedəcək. Ölkənin ucqar kəndlərinə turlar təşkil edən gənc bələdçi Cavid Qarayev bu il də uşaqları sevindirmək qərarına gəlib. “Facebook”da bununla bağlı dəvət səhifəsi də yaradıb. O, Meydan TV-yə bildirib ki, 22 Dekabr – 1 yanvar tarixlərində 16 kənddə 500-ə yaxın uşağa hədiyyə vermək üçün 100 km dən çox yürüş planlaşdırır:

“Bunu ötən il də etmişdim. Sağ olsunlar, kömək edən dostlar da var idi. Əvvəlcə dostların köməyi ilə hədiyyələri topladıq, sonra da həmin hədiyyələri kəndlərdəki uşaqlara payladıq. Üzlərindəki sevinc nəyə desən dəyərdi”.

foto Zaur Mirzəyev
foto Zaur Mirzəyev

Cavid Qarayev deyir ki, şəraitsiz, ucqar kəndlərdə uşaqların çətinliklərə baxmayaraq xoşbəxt olduqlarını görüb onların sevincinə sevinc qatmaq qərarına gəlib:

“İstəyənlər dəstək ola bilərlər. Kənddəki uşaqlara maraqlı dərs vəsaitləri, şəkilli kitab, karandaş, rəsm albomu, puzzle, asan məntiqi oyun və oyuncaqlar, taxta, dəmir və keyfyyətli plastik, yumşaq oyuncaqlar, gəlinciklər, evcik oynucaqları, aksesuar geyimlər (papaq əlcək və s.) almaq istəyənlər mənimlə əlaqə saxlasınlar. Onların hədiyyələrini məmnuniyyətlə sahiblərinə çatdıracağam”.

foto Zaur Mirzəyev
foto Zaur Mirzəyev

Şaxta baba Qubanın Girdah, Zıxır, Dalıqaya, Söhüb, Rük, Qarxun, Adur, Haput, Xınalıq, Qala, Xudat, Qırız, Laza, Qusarın Kuzun, Yerğikek, Elik kəndlərinə gedəcək.

2 rayonun toplam 16 kəndində olacaq. Onun komandası 5 nəfər həvəskar dağçıdan ibarətdir.

Ana səhifəXəbərlərŞaxta baba ucqar dağ kəndlərinə gedəcək