Saxlanılanların yaxınlarına görüş verilmir

Aksiya iştirakçıları məhkəmə önündə

Source:

Avqustun 22-də Mingəçevir şəhərində keçirilən aksiya zamanı saxlanılan şəxslərin yaxınları onlarla görüşə bilmir. Mingəçevirdə olan Meydan TV əməkdaşlarının məlumatına görə, səhər saatlarından polis şöbəsinin yaxınlığına toplaşan adamlar həbs olunan yaxınlarının vəziyyətindən narahatdılar. Hadisə ilə bağlı Mingəçevirə ezam olunan DİN əməkdaşı, general Cavanşir Məmmədov Meydan TV-yə bildirib ki, aksiya zamanı 21 deyil, 15 nəfər saxlanılıb və onların hamısı hazırda şöbədədir, Gəncəyə aparılması ilə bağlı yayılan xəbərlər doğru deyil. Həbs olunanlardan 6-7 nəfərinin işi prokurorluğa təqdim olunub. Digərləri məhkəmə qərarı ilə inzibati qaydada cərimələnək. Aksiyanın videogörüntüləri ilə daha bir neçə iştirakçı müəyyənləşərək, saxlanılıb. Saxlanılanlardan bir neçəsinin valideyni övladının iş üçün getdiyini, aksiya iştirakçısı olmadığını deyir.

Ana səhifəXəbərlərSaxlanılanların yaxınlarına görüş verilmir