“Kavkazski uzel”in materialından tərcümə
Diaspora nümayəndələri nümayişçiyə ilk qoşulan polisə 10 min dollar vəd edib
Müxalifətin İrəvan şəhərindəki axşam mitinqi prezident iqamətgahına yürüyüşə çevrilib. Aktivistlər polislərə nümayişçilərin tərəfinə keçmək üçün pul mükafatı vəd ediblər və dövlət qurumlarının binalarında oturma tətilləri elan ediblər.
“Kavkazskiy Uzel”in verdiyi
məlumata
görə, Serj Sarkisyanın Ermənistanın baş naziri seçilməsindən sonra müxalifət lideri Nikol Paşinyan ölkədə “dinc inqilab”ın başlanğıcını elan edib. Aprelin 18-də nümayişçilər Fransa meydanında mitinq keçiriblər, sonra hökumət başçısının iqamətgahına gediblər və daha sonra Respublika meydanında toplaşıblar. Etirazçıların polis tərəfindən kütləvi həbsinə başlanıb.
“Axşam saatlarında tutulanların sayı 90-dan çox idi, bəzi aktivistlər protokol tərtib olunduqdan sonra sərbəst buraxıldı”- sayt yazır.
Aprelin 17-də keçmiş prezident Serj Sarkisyan Ermənistan hökumətinin başına keçib. Bu təyinatdan sonra, o, dövlətin de-fakto lideri olub, çünki ölkənin prezidenti yalnız mərasim funksiyalarına, formal iqtidara malikdir. “Kavkazskiy uzel”in “Serj Sarkisyanın qələbəsi haqqında beş fakt” materialında belə deyilir.
Aprelin 18-də axşam İrəvandakı Respublika Meydanında keçirilən mitinqin iştirakçıları Serj Sarkisyanın Baqramyan prospektində yerləşən iqamətgahına doğru yürüyüş edib. Etirazçıların lideri Nikol Paşinyan “Baş nazirin iqamətgahının polislərin mühasirəsində olub-olmadığını yoxlamaq” çağırışı edib.
“Prezident iqamətgahına yaxın bir neçə sıra polis kordonu düzülmüşdü, orada erməni polisi rəisinin müavini Levon Yeranosyan və Yerevan polis rəisinin müavini Valeri Osipyan da var idi”-sayt yazır.
Bina içərisində aktivistlər “Bir addım at – Serji devir!” və “Polis bizimdir!” deyərək səsləniblər. Paşinyan polisə müraciət edərək onlara “sakit xidmət” arzulayıb, sonra tərəfdarlarını yenidən Respublika meydanına gətiri və səhər saatlarında təkrar vətəndaş itaətsizliyə başlamaq üçün evlərinə dönməyə çağırıb. Polis yürüşü müşayiət etməyib.
Respublika meydanında keçirilən mitinq zamanı müxaliflər Ermənistanın bütün bölgələrində dövlət orqanlarının – nazirliklərin, rayon administrasiyalarının və digər güc strukturlarının binalarında – “bu təşkilatlarda Serj Sərkisyanın məmurları üçün yer olmasın” deyə Sarkisyanın opponentlərini kütləvi oturma aksiyalarına çağırıb.
“Mən Ermənistan sakinlərini kənd icmalarının başçılarına və icma ağsaqqallarının məclis üzvlərinə təsir göstərməyə, onlara Ermənistanda başlayan “məxməri inqilab”ı dəstəkləyən rəsmi bəyanat verməyə məcbur etməyə çağırıram, – Paşinyan deyib.
“Etirazlara qoşulan, tətilə başlayan özəl şirkət və ya təşkilat mitinq tribunasından elan ediləcək, -“Serji Devir” İctimai Birliyindən David Sanasaryan Respublika meydanında çıxış edərkən tbelə deyib.
“Biz bunu mitinqdə elan edəcəyik və vətəndaşları bu şirkətin xidmətlərindən istifadə etməyə çağıracağıq. Bu, xalq reklamı olacaq”, – Sanasaryan bildirib.
O, əlavə edib ki, diaspora nümayəndələri nümayişçilərə qoşulan ilk polisə 10 min dollar təklif ediblər, onun arxasınca gedənlər isə iki min dollar alacaqlar.
Aprelin 18-i politoloq Armen Qriqoryan polislər üçün elan edilmiş mükafat haqqında məlumatı təsdiqləyib. Pul ayırmağı “xaricdə yaşayan həmyerlimiz vəd edib”, -Qriqoryanın sözlərindən TASS belə sitat gətirib.