Sarkisyan ‘Dağlıq Qarabağ muxtar vilayəti’ndən danışıb

Sarkisyan ‘Dağlıq Qarabağ muxtar vilayəti’ndən danışıb və deyib ki, sitat: “Artsax (Qarabağ-red) heç vaxt Azərbaycanın tərkibində olmayacaq”. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan saatyarım davam edən müsahibədə bunları deyib. O deyib ki, dağıdıcı müharibəyə, kapitulyasiyaya baxmayaraq bunun üçün hələ imkanlar var. O imkanların nədən ibarət olduğunun detallarını verməyib. Sarkisyan danışıqlar prosesinin bərpa olunmasını necə təsəvvür etdiyi barədə suala da cavab verməyib. “Biz həqiqətən də yalnız sözdə yox, ciddi tələblər irəli sürməliyik. Və əgər biz bu tələbləri yaxşı təsəvvür edə bilsək, düşünürən ki, hansısa müddətdən sonra, hansısa bir dərəcədə danışıqlar prosesi bərpa olunar”. Amma Sarkisyan Paşinyanın administrasiyasının buna qadir olmadığını düşünür.

Ana səhifəUncategorized @azSarkisyan ‘Dağlıq Qarabağ muxtar vilayəti’ndən danışıb