Sara Oğuzun yubiley gecəsi keçirilib

Onun əsərlərində keçən xeyirxahlıq, ürəyiaçıqlıq və saflıq xətti qədimlik və ənənə ətri daşıyan gözəl milli çalar yaradır

Source:


Onun əsərlərində keçən xeyirxahlıq, ürəyiaçıqlıq və saflıq xətti qədimlik və ənənə ətri daşıyan gözəl milli çalar yaradır

Dekabrın 22-də yaradıcı ictimaiyyət məşhur Azərbaycan yazıçısı və rəssamı Sara Oğuzun (Nazirova) 70 illik yubileyini qeyd edib. Yubiley gecəsi Milli İncəsənət Muzeyində “Aydınlığa doğru” İctimai Hərəkatının himayəsi ilə keçirilib.

Sara Oğuz arxasında ədəbiyyat, incəsənət əsərləri, dostlarının və istedadına dəyər verənlərin xatirələrini qoyaraq, bu il iyunun 22-də dünyasını dəyişib. Sara xanımın kinorejissor Şamil Nəcəfzadə tərəfindən təqdim edilmiş fəlsəfi düşüncələr monoloqu filminin rəng qatdığı tədbirdə onun və yaradıcılığı haqqında söhbətlər olub.

O, “Ümid ulduzu”, “Qarpız suyu”, “Beton evdən məktublar”, “Bayatın fəryadı”, “Elçi”, “Həyat təkəri”, “Kəpənəyin ömrü”, “Dövran” kimi əsərlərin müəllifidir. Yazıçılıq yoluna 1978-ci ildə başlayıb. O, teatr səhnələrində uğurla nümayiş olunan “Öz nağılını yarat”, “Qayıt”, “İgidlər körpüsü” pyeslərinin müəllifidir.

Onun əsərlərində keçən xeyirxahlıq, ürəyiaçıqlıq və saflıq xətti qədimlik və ənənə ətri daşıyan gözəl milli çalar yaradır.

Mən xoşbəxtliyi deyil, gözəlliyi seçirəm, çünki o, insanların simasını əks etdirir, o, öz yaradıcılıq əqidəsini belə fəlsəfi şəkildə açıqlayırdı. O, bu gözəlliyi həyatı boyunca yaşadıb, ətrafındakı insanları ruhlandırıb, onların əksəriyyəti onun ədəbi və fəlsəfi düşüncələrinin personajları və ya qəhrəmanları olub.

Sara Oğuz 29 dekabr 1944-cü ildə Azərbaycanın Oğuz rayonunda dünyaya gəlib. Rəssamlar və Yazıçılar ittifaqlarının üzvü, əməkdar incəsənət xadimi idi.

Ana səhifəXəbərlərSara Oğuzun yubiley gecəsi keçirilib