Samizdat

“Mənim ölkəmdə həqiqətlər də inadcıdır. Mütləq yazılır. Samizdat kimi…”

Source:

Rəsmi sensuza hər zaman mənə maraqlı bir dönəm kimi görünüb. Necə ola bilər axı? Texnikada sürətin inkişaf etmədiyi dönəmdə, internetin çox nadir yerlərdə olduğu bir vaxtda, tutaq ki, hansısa qəzetin 14-cü səhifəsində bir cümlə senzuradan keçmir. Bunun üçün həmin səhifə yenidən yığılmalı, qurğuşunlar yenidən düzülməlidir. Vay, vay dəhşət. Və hələ də mənə maraqlıdır ki, senzura rəsmi olaraq niyə 1998-ci ilə qədər davam etdi?! Demokrat Elçibəy niyə bunu ləğv etməmişdi?!

Jurnalist Çingiz Sultansoyun kitablara düşən, bir çox jurnalistin dəfələrlə oxuduğu və “Sonuncu senzor” kimi tanınan bir müshaibəsi var. Müshaibə 1998-ci ilin sentyabr ayında “Qlavlit” (sadə dildə desək, senzura idarəsi) kimi tanınan idarənin sədr müavinindən götürülmüşdü. Böyük hadisə idi. Senzura ləğv olundu. O dövr üçün azyaşlı olsam da, oxuduqlarım və eşitidiklərimə görə, bu gün çox böyük bir hadisə kimi mətbuat tarixində yer alıb.

Senzuranın özü və onun ləğvi nə qədər maraqlı və böyük hadisə kimi yaddaşımızda qalsa da 16 il sonra bir sual hələ də gündəmdədir: “Senzura ləğv olunubmu?”

Sovet dövründə və 1998-ci ilə qədərki müstəqil Azərbaycanda rəsmən senzura vardı və onun məqsədini bu cür xarakterizə etmək olardı: İnsanları mənfi əməllərdən çəkindirmək. 1998-ci ildən sonra isə qeyri – rəsmi senzura dövrü başladı. Onun məqsədini isə bu cür xarakterizə etmək olar: “İnsanları mənfi əməllərə sövq etmək”.

Niyə belə xarakterizə olunur? Səbəb çox sadədir. Bəli bu gün Azərbaycan mətbuatında rəsmi senzura yoxdur. İnternet mediası o qədər inkişaf edib ki, insanlara hansısa media qurumu istədiyini yazmağa şərait yaradılmasa belə, insanlar özlərinə fərdi bloq və ya xəbər portalı yaradıb, ora istədiklərini yaza da bilər. Bəli, istədiyini yazsan səni həbs edəcəklər. Ancaq ən azından, ölkə xaricində yaşayanlar bunu edə bilərlər, hətta bu edilib də. Bəzi hallarda indi də edilir. Bəs bütün bunlar edilirsə, ölkə əhalisinin böyük əksəriyyəti niyə təhsilsizilikdən, həqiqətləri bilməkdən kənarda qalıb?

Bunun səbəbi yuxarıda qeyd etdiyim məsələdir: “İnsanları mənfi əməllərə sövq etmək”. Bu gün ölkədə son hesablamama görə, 186 informasiya portalı mövcuddur. Bu kifayət qədər böyük rəqəmdir. Bu informasiya protallarının təqribən 20-nin gündəlik oxucusu 10 mindən çox, təqribən 5-nin gündəlik ocuxusu 50 mindən çoxdur. Nə xəbərlər verirlir bu media qurumlarında? “Şok Şok Şok! Məhşur müğənnin tumanın, arxa ipi açıldı – FOTOLAR”, “Dəhşətli qəza – 2 yaşlı uşağın ölüm anı – VİDEO”, “Qanın damarda donduğu an – VİDEO” (iki manısın davasından kadr) media başlıqlarımız aşağı yuxarı bunlardan ibarətdir.

Mediada senzura artıq bu formada qurulub. Mediamız gün ərzində ən azı 100 belə informasiyanı oxucuya təqdim edir. Bunun fonunda isə həmin portallarda cəmi 1 və ya 2 normal xəbər olur. Oxucu avtomatik olaraq ucuz şou və kriminal xəbərlərinə yönləndirilir. Bu bir müddət davam etdikdən sonra isə hansısa ciddi media qurumu çıxıb, ciddi bir informaisyanı təqdim etdikdə belə, oxucunun artıq əldə getdiyini anlamalıdır. ANS bir zamnlar ciddi TV kimi tanınırdı, ANS-i həmin vaxt üçün tamam bağlamaq rezonansa səbəb olacaqdı və bu hakimiyyətə heç sərf də etmirdi. Çünki ANS-in böyük tamaşaçı kütləsi var idi. Nə etdilər? Həmin oxucuları meyxanaya yönəltdilər.

Bu gün ölkə mətbuatnın 90 faiz müxtəlif siyasi dairələrin əlində cəmləşib. İndiyənə qədər hansısa jurnalisti niyə filan mediada aişləyirsən deyə qınanamamışam. Qınanılası məsələ başqadır. Niyə o mediada işləyib maaş almaqdan ötrü, bütün vicdansızlıqları edirsən? Budur məsələ. Bu gün ölkədə qərəzsiz yaza bilən bir neçə jurnalist qalıb. Bu 5-6 nəfər artacaq, azalacaq, ancaq yox olmayacaq. Hər nə qədər senzuranın formaları dəyişsə də, hər nə qədər bir çox mətnlər Samizdat aparatından keçməsə də yazılacaq. Elə samizdanın varlığı da yazılacaq. Çılpaqlığı ilə bu samizdat sistemləri ifşa olunacaq.

Türkiyənin araşdırmaçı jurnalisti, bir zamanlar qadağan edilmiş kitabların və “Samizdat” kitabın müəllifi Sönər Yalçın demişkən: “Mənim ölkəmdə həqiqətlər də inadcıdır. Mütləq yazılır. Samizdat kimi…”


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəSamizdat