Samir Şərifov: 2016-cı ildən icbari tibbi sığortanın icrasına başlanması nəzərdə tutulur

“Ancaq icbari tibbi sığortanın tətbiqi o demək deyil ki, bütün məsələlər bir günün içində həll olunacaq”

Source:


“Ancaq icbari tibbi sığortanın tətbiqi o demək deyil ki, bütün məsələlər bir günün içində həll olunacaq”

“2016-cı ildən nəhayət, icbari tibbi sığortanın tətbiqinə, icrasına başlanması nəzərdə tutulur”. Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclisin 5 komitəsinin iclasında müdcə müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən bu barədə danışıb. O, icbari tibbi sığortanın tətbiqi prosesini icra etmək üçün müvafiq dövlət qurumunun yaradılacağını da söyləyib.

“Artıq neçə illərdir ki, bu məsələ ətrafında müzakirələr gedirdi. Hətta, dövlət büdcəsindən bu məsələyə maliyyə vəsaiti də ayrılırdı. Amma bəzi səbəblərdən icbari tibbi sığortanın icrasına başlamaq mümkün olmurdu. Nəhayət, gələn ildən icbari tibbi sığortanın tətbiqinə başlanması nəzərdə tutulur. Eyni zamanda, icbari tibbi sığortanın tətbiqi o demək deyil ki, bütün məsələlər bir günün içində həll olunacaq”.

Nazir gələn il, eləcə də 2017-2019-cu illərdə bəzi sahələrdə vergi və gömrük güzəştlərinə yenidən baxmaq və məhdudlaşdırmaq, bəzi hallarda isə ləğv ediləcəyinin planlaşdırıldığını da qeyd edib: “Bununla yanaşı, Azərbaycan hökuməti tikinti, iaşə və ticarət sahələrində vergi tutulmasını sadələşdirməyi planlaşdırır ki, bu da sahibkarlığın inkişafına əlavə təkan verəcək və nəticədə dövlət büdcəsinin gəlirlərinin artmasına gətirib çıxaracaq”.

S.Şərifov “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin özəlləşdirilməsi ideyasının uğurlu olacağına şübhə ilə yanaşıb. “Özəl hava şirkətləri uğurlu deyil. Çünki özəl aviaşirkətlər tez-tez müflisləşir və hökumət onları qorumaq məcburiyyətində qalır”,-deyən nazir misal da çəkib: “Məsələn, ABŞ-da üç belə şirkət var. Onlara daim hökumət tərəfindən yardım edilir. Digər, nisbətən orta ölkələrdə isə həmin şirkətlər subsidiyaların köməyi ilə fəaliyyət göstərir”.

İctimai nəqliyyat sektorunda isə özəlləşdirməyə gəlincə, S.Şərifov bu məsələyə baxa biləcəklərini deyib: “Bu sahədə özəl sektorun iştirakı artıq təmin olunub. Belə ki, yerüstü nəqliyyat, demək olar ki, özəldir. Sadəcə olaraq, bu sahədə tənzimləmədə müəyyən işlər görməliyik”.

Ana səhifəXəbərlərSamir Şərifov: 2016-cı ildən icbari tibbi sığortanın icrasına başlanması nəzərdə tutulur