Samir Şərifov: ”2016-cı il dövlət büdcəsinə yenidən baxılmayacaq”

”Dövlət Neft Fondunun gəlirlərinin artması bilavasitə dövlət gəlirlərinin artmasına təsir etmir”

Source:


”Dövlət Neft Fondunun gəlirlərinin artması bilavasitə dövlət gəlirlərinin artmasına təsir etmir”

“2016-cı ilin dövlət büdcəsinə yenidən baxılmayacaq”.

Bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2016-cı ilin fevralında dövlət büdcəsinə düzəlişlər edilib, dövlət və icmal büdcənin gəlirlərinin hesablanması üçün neftin baza qiyməti 25 dollardan götürülüb: “Transfertlərin həcmi isə manatla göstərilib. Buna görə də neftin qiymətinin artması və ya azalması Dövlət Neft Fondundan transfertlərə təsir etmir. Sözsüz ki, hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulandan yüksək olduğundan Dövlət Neft Fondunun gəlirləri artır. Bu, müsbət haldır. Dövlət Neft Fondunun gəlirlərinin artması bilavasitə dövlət gəlirlərinin artmasına təsir etmir. Transfertlərin həcminin artırılmasına ehtiyac görmürük. Hesab edirik ki, Dövlət Neft Fondunda valyuta ehtiyatlarının artması davam etməlidir. Çünki bu, bizim üçün vacib strateji ehtiyat mənbəyidir. Ötən ilin təcrübəsi, valyuta bazarında təlatümlər, məzənnəyə təzyiqlər, Mərkəzi Bankın valyuta ehtiyatlarının kəskin surətdə enməsi dövlət maliyyə qurumlarının daxıllarında kifayət qədər valyuta ehtiyatları toplanmasını zəruri edir. Biz bunu nəzərə alaraq, biz çox qənaətcil büdcə siyasəti həyata keçirməliyik. Son 3 il ərzində biz dövlət yığcamlaşdırılması siyasətini həyata keçirik”.

Bu ilin dövlət büdcəsinə yenidən baxılmasının vacibliyi barədə deputat Vahid Əhmədov açıqlama yaymışdı.

Ana səhifəXəbərlərSamir Şərifov: ”2016-cı il dövlət büdcəsinə yenidən baxılmayacaq”