Samir Əliyev: Bütün şərtlər manatın ucuzlaşacağını diqtə edir

”Hazırda inflyasiya ilə bağlı proqnoz vermək çox çətindir”

Source:
Samir Əliyev


”Hazırda inflyasiya ilə bağlı proqnoz vermək çox çətindir”

“Bu gün başlıca məsələ məzənnə yox, məzənnə-inflyasiya cütlüyüdür”, – Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov belə deyib.

O, dünya təcrübəsinə istinad edərək bildirib ki, avro-dollar məzənnəsində 30 faizlik fərqin yaranması çox görülüb, sonradan kurs sabitləşib:

“Bu və ya digər dövlətdə qiymətlər sabit qalırsa, heç kim həyəcan təbili çalmır. Bizim başlıca məqsədimiz ikirəqəmli inflyasiyanı aşağı salmaqdır. Yəni, məqsəd həm əhali, həm biznes, həm də dövlət üçün inflyasiyanı məqbul səviyyəyə düşürməkdir”.

Maliyyə naziri Samir Şərifov isə manatın ədalətli məzənnəsini axtardığını deyib və əlavə edib:

“Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Şübhəsiz ki, bazar iqtisadiyyatı prinsiplərinə uyğun manatın məzənnəsi öz yerini tapacaq. Bu gün Mərkəzi Bank bu prosesi yaxından izləyir, lazım gəldikdə müdaxilələr edir”.

İqtisadçı Samir Əliyev maliyyə naziri və baş bankirin manatın durumu ilə bağlı açıqlamalarına aydınlıq gətirib. Samir Əliyev “facebook” səhifəsində həmin açıqlamalardan gəldiyi nəticələri bölüşüb:


1. Manatın üzən məzənnəyə nəzəri olaraq keçib, məzənnə sərt şəkildə idarə olunur;



2. Manatın mövcud məzənnəsi real deyil, bazarın öhdəsinə buraxılarsa, daha da aşağı düşər;



3. Hökumət kəskin devalvasiyaya imkan daxilində getməyəcək, ancaq yumşaq devalvasiya davam etdiriləcək;



4. Manatın məzənnəsi tədiyyə balansının vəziyyətinə uyğun tənzimlənəcək;



5. Mərkəzi Bank pul kütləsini artırmaq niyyəti yoxdur. Hətta bu baş versə belə digər alətlər vasitəsilə (məsələn, depozit hərracı) bazara yol tapmasına imkan verməyəcək;



6. Dövlət büdcəsinin xərcləri getdikcə kiçilməkdə davam edəcək;



7. İdxal müxtəlif üsullarla məhdudlaşdırılacaq;



8. Əhaliyə kreditlər üzrə güzəştlər olmayacaq

İqtisadçı bildirir ki, bu fikirləri ekspertlər daim səsləndiriblər. Maliyyə kapitanlarının fikirlərində isə ehtiyatlılıq sezilir:

“Xüsusən də manatın məzənnəsinə münasibətdə. Ancaq Mərkəzi Bankın rəhbərinin “məzənnə ilə bağlı hər hansı proqnoz vermək çətindir” fikrinə rəğmən maliyyə nazirinin manatın möhkəmlənəcəyi ilə bağlı ümidləndirici fikri diqqətdən kənarda qala bilməzdi. Əslində maliyyə naziri də bunun ancaq bir sıra şərtlər daxilində mümkünlüyü qeyd edib. O şərtlər isə hazırda yoxdur. Ona görə də eyforiyaya qapılıb manatın bahalaşacağını gözləməyə dəyməz. Çünki manatın bahalaşmasını şərtləndirən amil yoxdur. Yeganə şərt olan neftin bahalaşması hələki real görünmür. Bütün şərtlər manatın ucuzlaşacağını diqtə edir”.

Ana səhifəXəbərlərSamir Əliyev: Bütün şərtlər manatın ucuzlaşacağını diqtə edir