“Tənha qadınam, qorxuram ev uçar, altında qalaram”- zəlzələdən ziyan çəkən Gülsurə Nəsibova deyir.
Fevralın 11-də Şamaxıda 4 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 4000 evə ziyan dəyib. Dəyən zərərin aradan qaldırılması üçün 3 rayona Prezidentin Ehtiyat Fondundan 28 milyon manat ayrılıb. Amma evlərin təmiri yekunlaşmır. Şamaxı rayon İcra Hakimiyyəti İnformasiya Təminatı sektorunun müdiri Təbriz Qəniyev deyib ki, evlər mərhələli şəkildə təmir olunur.