​Şamaxıda 5 kəndlə əlaqə kəsilib

Rayonun Qaleybuğurt, Sis, Qaladərəsi, Pirbəhli və Zarat kəndlərinə gediş-gəliş yoxdur

Source:

Rayonun Qaleybuğurt, Sis, Qaladərəsi, Pirbəhli və Zarat kəndlərinə gediş-gəliş yoxdur

“Report”un məlumatına görə, güclü qar səbəbi ilə rayon ərazisindəki yollar bağlanıb və ucqar dağ kəndləri ilə əlaqə kəsilib.

Rayonun Qaleybuğurt, Sis, Qaladərəsi, Pirbəhli və Zarat kəndlərinə gediş-gəliş yoxdur.

Şamaxı rayon 9 saylı Yol İstismarı İdarəsindən bildirilib ki, hazırda idarənin balansında olan 10-a yaxın ağır texnika və canlı qüvvə Bakı- Şamaxı-Yevlax magistral yolunun Şamaxı rayonu ərazisndən keçən hissəsini qardan təmizlədiyi üçün kənd yollarının qardan təmizlənməsi işlərinə və yolların açılmasına günün ikinci yarısı başlanılacaq.

Ana səhifəXəbərlər​Şamaxıda 5 kəndlə əlaqə kəsilib