Şair Məmməd Dəmirçioğlu vəfat edib

Məmməd Dəmirçioğlu bu gün səhər saatlarında dünyasını dəyişib

Source:


Bu barədə axar.az-a şairin yaxın dostu Mehman Əhməd məlumat verib. Onun sözlərinə görə, Məmməd Dəmirçioğlu bu gün səhər saatlarında dünyasını dəyişib

“Məmməd Dəmirçioğlu bir az əvvəl ürək tutmasından vəfat edib. Onun ölüm xəbərini mənə kürəkəni Babək dedi”.

Məmməd Dəmirçioğlu 1951-ci ildə Qazax rayonunun İncə Dərəsində – Qaymaqlı kəndində dünyaya gəlib. O, “Dəmirçioğlunu dindir”, “Eşqəm”, “Səhra gülləri”, “Söz-söz açılan göy üzü” kimi kitabların müəllifidir.

Ana səhifəXəbərlərŞair Məmməd Dəmirçioğlu vəfat edib