Şahvələd Çobanoğluna vergi yoxlaması tətbiq olundu

“Hesab edirəm ki, bu, Azadlıq Radiosu və “Fərqli düşüncə” dərgisindəki fəaliyyətimlə bağlıdır”

Source:

“Hesab edirəm ki, bu, Azadlıq Radiosu və “Fərqli düşüncə” dərgisindəki fəaliyyətimlə bağlıdır”

Fevralın 24-də tanınmış köşə yazarı Şahvələd Çobanoğlu Bakı Ağır Cinayətlərə dair  İstintaq İdarəsində ifadə verib. Bu barədə Meydan TV-yə məlumat verən jurnalist dedi ki, ona Nəsimi Rayon Məhkəməsi qərarını veriblər. Dindirilmə Azadlıq Radiosunun işi çərçivəsindədir.

“Məhkəmənin qərarı ilə tanış oldum, sonra yoxlamanı aparacaq vergi işçisi təqdim olundu. Vergi işçisi məhkəmənin səyyar yoxlama əsasında keçiriləcək qərarını və Ədliyyə Nazirliyinin sənədini təqdim etdi. Mən yoxlamanın siyasi motivli olduğunu düşünürəm. Həmişə vergiləri vermişəm, sadələşdirilmiş vergi ödəyicisi olmuşam. Vergilər Nazirliyindən çıxarış da var. Hesab edirəm ki, bu, Azadlıq Radiosu və “Fərqli düşüncə” dərgisindəki fəaliyyətimlə bağlıdır”.

Ana səhifəXəbərlərŞahvələd Çobanoğluna vergi yoxlaması tətbiq olundu