“Mən bütün hallarda “Fərlqi Düşüncə”yə görə yox, fərqli düşündüyümə görə ittiham oluna bilərəm”
Bu barədə tanınmış jurnalist öz Facebook səhifəsində məlumat yayıb. Şahvələd Çobanoğlu bildirib ki, dekabrın 23-də səhər saat 11-də prokurorluğun Ağır Cinayətlər İdarəsinə çağrılıb.
“Adı bilinməyən, bizə yalnız nömrəsi deyilən, vətəndaş cəmiyyətinə və QHT-lərə qarşı aparılan cinayət işinin çərçivəsində məndən ifadə aldılar. Mövzu Azadlıq Radiosundan mənim hesabıma köçürülən pullar barədə idi. Köçürülmə nəşri çoxdan dayanmış “Fərqli Düşüncə” dərgisinin çapı və yayımı ilə bağlı olub”,-deyə Çobanoğlu deyib.
Jurnalist bildirib ki, hər şey qanuni və şəffafdır: “Ancaq sonu hara yönəldəcəklər, özləri bilərlər. Mən bütün hallarda “Fərlqi Düşüncə”yə görə yox, fərqli düşündüyümə görə ittiham oluna bilərəm”.