“Sahil”dəki yanğının söndürülməsində əngəllər yaşanıb


Satıcılar yanğının qısaqapanmadan olduğunu, nazir müavini isə araşdırma aparıldığını bildirir

“Sahil” Ticarət Mərkəzinin üçüncü mərtəbəsində

səhər saat 09:50 radələrində başlanan yanğın zamanı xəsarət alanlardan üçü tüstüdən zəhərlənib. Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov jurnalistlərə bildirib. Onun sözlərinə görə, zərərçəkənlər ticarət mərkəzində işləyənlər deyil, binada yaşayan sakinlər olub: “Tüstüdən zəhərlənmə yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Bundan əlavə daha 2 nəfər yüngül xəsarət alıb”.

Fövqaladə Hallar nazirinin müavini Etibar Mirzəyev

yanğının söndürülməsi zamanı müəyyən problemlərin yarandığını deyib: “Ərazidə avtomobillərin çox olması səbəbindən bura yanğınsöndürənlərin daxil olmasında problemlər yaşanıb. Ümumilkdə isə 12-dən artıq yanğınsöndürən maşın cəlb olunub. Yanğının yaranma səbəbi ilə bağlı heç bir məlumat yoxdur. Hazırda araşdırma aparılır və səbəbi bundan sonra bilinəcək”.

Mərkəzdə çalışan satıcılar yanğının səbəbinin qısaqapanmadan olduğunu düşünürlər.

Ticarət mərkəzi ətrafında avtomobillərin və piyadaların hərəkəti məhdudlaşdırılıb. O cümlədən, “Sahil” metrosunda hərəkət bir neçə saat dayandırılıb.

Ana səhifəVideo“Sahil”dəki yanğının söndürülməsində əngəllər yaşanıb