Sahibkarlar sahə müvəkkilindən şikayətçidir

Obyekt sahiblərinin sözlərinə görə, polis onlardan hər ay “hesab” istəyir

Source:

Obyekt sahiblərinin sözlərinə görə, polis onlardan hər ay “hesab” istəyir

Meydan TV-də Sumqayıt şəhər 6-cı mikrorayonuna yeni təyin olunan  sahə müvəkkili Radil Əsədovun sahibkarlara təzyiq etməsi barədə məlumat vermişdi. Məlumatda Radil Əsədovun özünün də münasibəti işıqlandırılmışdı. Belə ki, sahibkarlar sahə müvəkkilinin hər ay onlardan “hesab” tələb etməsini desə də, özü bütün deyilənləri təkzib etmişdi. İyunun 10-da Meydan TV ilə yenidən əlaqə saxlayan obyekt sahibləri yenə Radil Əsədovun onları narahat etdiyini deyiblər: “Açıq şəkildə tələb edir ki, dediyi hesabı verin. Biz ona bunun qanunsuz olduğunu və indiyə qədər əraziyə nəzarət edən polislərin  heç nə tələb etmədiyini başa salmaq istəsək də, alınmır. Baxmayaraq ki, yeni rəisin “E klass Mersedes”i və “Hunday”ı var, amma yenə də 5-10 manat çörək puluna möhtac olanlara göz dikib. Gücümüz yalnız mətbuata şikayət etməyə çatır”.

Məsələ ilə bağlı yenidən Radil Əsədovla əlaqə saxladıq. O, Meydan TV-nin əməkdaşını bir daha “görüşüb, tanış olmağa” çağıraraq telefonu qapatdı.

DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə məsələni araşdıracaqlarını, bundan sonra reaksiya veriləcəyini bildirdi.

Ana səhifəXəbərlərSahibkarlar sahə müvəkkilindən şikayətçidir