Sahibkarın 3,5 milyon manatlıq obyekti sökülüb

Bu bomboş ərazinin yerində 800 kvadrat metrlik obyekt olub. Aprelin 27-də Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri obyektin dövlət əhəmiyyətli layihə üçün söküləcəyini bildiriblər. Sahibkar Firdovsi Abdullayev deyir ki, obyektindən çıxmaq üçün ona 12 saat vaxt veriblər. O, 3 milyon 500 min manata qiymətləndirdiyi mülkünü 1 milyon manat və 8 sot torpaq qarşılığında verməyə razı olub. Sahibkar deyir ki,icra hakimiyyəti ilə aralarında rəsmi razılaşma olsa da, daha sonra ona nə 1 milyon manat, nə də 8 sot torpaq verilib.

Mülk Firdovsi Abdullayevin rəhbərlik etdiyi “Afina-Q” MMC-yə məxsus olub. İcra Hakimiyyəti ona 556 min manat ödəyib. Sahibkar pulun qalan hissəsini və torpağını almaq üçün Baş Prokurorluğa, ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etsə də, heç bir nəticəsi olmayıb.

Xətai rayon icra başçısının müavini Teymur Əzizov suallarımıza cavab verməyib.

Ana səhifəVideoSahibkarın 3,5 milyon manatlıq obyekti sökülüb