Şahdağa qar yağıb

Umayra Tağıyeva qar örtüyünün hündürlüyünün Şahdağda 5 sm olduğunu deyib

Source: Specify Source


Bəzi yerlərdə leysan və güclü yağış nəticəsində sel olub

Avqustun 23-ü səhərədək Azərbaycanın bəzi yerlərində şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub, yüksək dağlıq ərazilərdə, əsasən Xınalıqda sulu qar, Şahdağda qar yağıb.

Bu açıqlamanı Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva

səsləndirib

.

Umayra Tağıyeva qar örtüyünün hündürlüyünün Şahdağda 5 sm olduğunu deyib:

“Şimal-qərb küləyi arabir Neftçalada 32 m/s, Salyanda 25 m/s, Naftalanda 20 m/s, Bərdə, Naxçıvan, Şamaxı, Zaqatala, Qəbələdə 18 m/s, Mingəçevir, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 31 m/s, Çilov adasında 26 m/s, Maştağa, Qum adasında 25 m/s, Binə, Pirallahıda 23 m/s, Neft Daşlarında 22 m/s, Sumqayıtda 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.6 metrə çatıb”.

Umayra Tağıyeva bildirib ki, yağan leysan xarakterli intensiv və güclü yağış nəticəsində Balakənçay, Talaçay Zaqatala, Əyriçay Başdaşağıl, Kürmükçay İlisu, Gorançay-Ağcakənd, Dəmiraparançay Qəbələ məntəqələrindən və Kişçaydan sel keçib.

Ana səhifəSosialŞahdağa qar yağıb