Şahbaz Xuduoğlunun müraciətinə cavab verilmir

“Mən bu ölkədə tanınan bir nəşriyyat sahibliyəm, mənim müraciətlərim cavabsız qalıqsa, görün Xınalıq kəndindən şikayət yazan binəvanın məktubunu nə günə salırsız”

Source:


“Mən bu ölkədə tanınan bir nəşriyyat sahibliyəm, mənim müraciətlərim cavabsız qalıqsa, görün Xınalıq kəndindən şikayət yazan binəvanın məktubunu nə günə salırsız”

“Qanun” Nəşriyyat Evinin sahibi Şahbaz Xuduoğlunun şikayətinə baxılmır. Bu barədə naşir öz Facebook səhifəsində məlumat yayıb. “İki gün öncə DİN-də toplantı oldu və cənab nazir Ramil Usubov dedi ki, elektron müraciətlərə xüsusi diqqət yetirilir. Mən isə bunun tam əksini görmüşəm” –deyir naşir.

Onun sözlərinə görə, sentyabrın 26-da seyfi oğurlanıb. Nəsimi rayon 21-ci polis bölməsi cinayətin üstünü aça bilməyib: “Mənə elə gəlir ki, açmaq istəmədi. Cənab nazirə elektron müraciət etdim. Bir həftə sonra Tamerlan adlı şəxs zəng etdi ki, sizin müraciət bizdə, yaxın vaxtlarda Nazirə məruzə olunacaq. Yenə bir həftə keçdi, Tamerlan adlı şəxs dedi ki, nazir müavini Vilayət Eyvazovun poçtuna qoymuşuq, az vaxta sizə cavab veriləcək. Yenə bir həftə keçdi və yenə Tamerlana zəng etdim, dedi ki, 590 92 14 nömrəsinə zəng edin, sizə dəqiq deyəcəklər. O nömrədən bir xanım cavab verdi. Qəbul nömrəsinə əsasən məktubu araşdırmağa başladı. Dedi ki, görürəm mobildən zəng etmisiz, məktubu tapım, özüm sizi yığacam. Təbii ki, o xanım mənə zəng etmədi, o gün və ondan sonrakı günlərdə isə o nömrə mənə cavab vermədi”.

Şahbaz Xuduoğlu fikrini belə yekunlaşdırıb: “Mən bu ölkədə tanınan bir nəşriyyat sahibliyəm, mənim müraciətlərim cavabsız qalıqsa, görün Xınalıq kəndindən şikayət yazan binəvanın məktubunu nə günə salırsız. Cənab nazirin xüsusi diqqəti budurmu?”

Ana səhifəXəbərlərŞahbaz Xuduoğlunun müraciətinə cavab verilmir