Şahbaz Xuduoğlu 150 min manat cərimələndi

“Kitabı dirildən yeganə nəşriyyatı boğurlar”- deyən naşir, ona qarşı hökmü haqsız hesab etdi. Şahbaz Xuduoğlu Avropa Məhkəməsinə müraciət edəcəyini bildirir.

Source:

“Kitabı dirildən yeganə nəşriyyatı boğurlar”- deyən naşir, ona qarşı hökmü haqsız hesab etdi.

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində naşir Şahbaz Xuduoğlu haqqında cinayət işi açılıb. bu barədə “Qanun” Nəşrlər Evinin direktoru öz Facebook səhifəsində yazıb. Ş.Xuduoğlu bildirib ki, onun üzərinə 150 min cərimə qoyulub: “Kitabı dirildən yeganə nəşriyyatı boğurlar. Belə bir nəşriyyatı məhv etməkdə məqsəd nədir? Kimin ərazisinə girmişik, kimə mane oluruq?! Nəhayət, bu gün İqtisad Məhkəməsi “vergi əməkdaşlarının zorakı üsulla sənədlərin götürülməsinin qanunsuz hesab edilməsi barədə” məhkəməyə müraciətimiz barədə qərar çıxardı. Sənədlərin zorakı yolla götürülməsini təsdiq edən video-süjetlər təqdim etsək də, təəssüf ki, bu qərar iddiamızın təmin edilməməsi barədə oldu. Biz yuxarı məhkəməyə və sonra isə avropa məhkəməsinə müraciət edəcəyik”.

Ana səhifəXəbərlərŞahbaz Xuduoğlu 150 min manat cərimələndi