Sağ qalan üçəmlərdən sonuncusu da dünyasını dəyişdi

Yaxınlarının bildirdiyinə görə, hazırda ölən körpənin meyiti Salyana gətirilir.

Source:

Salyan rayonunda doğulan üçəmlərdən sağ qalanı Bakıda dünyasını dəyişib.

Bu barədə “Report”un Aran bürosunun müxbirinə ölən körpələrin doğmaları məlumat veriblər.

Yaxınlarının bildirdiyinə görə, hazırda ölən körpənin meyiti Salyana gətirilir.

Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva Salyan Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb. Sağ qalan körpə Bakıdakı Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

Ana səhifəXəbərlərSağ qalan üçəmlərdən sonuncusu da dünyasını dəyişdi