“Sadıq Sadıqovun istefasından söhbət gedə bilməz”

SOCAR Çingiz Abdullayevin təyinatı ilə bağlı xəbəri təkzib edir

Source:

SOCAR Çingiz Abdullayevin təyinatı ilə bağlı xəbəri təkzib edir

“Sadıq Sadıqovun “Neftçi” idman klubunun prezidenti vəzifəsindən istefasından söhbət gedə bilməz”. Bunu Trend-ə “Neftçi”nin baş sponsoru olan SOCAR-ın mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən bildiriblər ki, S.Sadıqov “Neftçi” idman klubunun rəhbəri, eyni zamanda, “Neftçi” peşəkar futbol klubunun prezidentidir. “Neftçi” PFK-nın “Neftçi” idman klubunun tərkibinə verilməsi ilə əlaqədar bir sıra struktur və nizamnamə dəyişiklikləri gözlənilir və bu barədə daha sonra məlumat veriləcək.

Daha əvvəl S.Sadıqovun “Neftçi”nin prezidenti vəzifəsindən istefası və yazıçı Çingiz Abdullayevin bu vəzifəyə təyin edilməsi barədə məlumat yayılmışdı.

Artıq “Neftçi” futbol klubu da məsələ ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: “Bu gün mətbuatda Sadıq Sadıqovun istefası haqqında xəbərlər yer alıb. Nəzərinizə çatdırırıq ki, heç bir istefadan söhbət gedə bilməz. Sadıq Sadıqov “Neftçi” İdman Klubu İctimai Birliyinin rəhbəri, eyni zamanda, “Neftçi” PFK-nın prezidentidir. “Neftçi” PFK bir müddət əvvəl “Neftçi” İdman Klubu İctimai Birliyinin tərkibinə verilib. Bununla bağlı bəzi nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Ana səhifəXəbərlər“Sadıq Sadıqovun istefasından söhbət gedə bilməz”